İranın tanınmış din xadimi vəfat edib
 
 
İran Dini Ekspertlər Şurasının 89 yaşlı üzvü ayətullah Məhəmməd Yəzdi vəfat edib.
Şəffaflıq.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bir müddət əvvəl həzm sistemindəki xəstəliklə bağlı hospitala yerləşdirilib.
M.Yəzdi Dini Ekspertlər Şurasının bir müddət sədri olub.
Qeyd edək ki, ayətullah Məhəmmədtağı Mesbah Yəzdi 1934-ci il yanvarın 31-də İranın Yəzd şəhərində anadan olub. O, 1952-1960-cı illərdə Qum şəhərində fiqhi öyrənib. İslam inqilabının ideoloqlarından sayılır. Ayətullah Ruhullah Xomeyninin yaxın silahdaşı olub. On il müddətinə məhkəmə hakimiyyətinə sədrlik edib.
	
	
	
 	Xəbəri paylaş
	
			
        
 
         
 Facebook-da paylaş 
 
			








 
 