“İran Fəxrizadənin öldürülməsinə görə uyğun vaxtda qisas alacaq”

 

Tehran İranın nüvə fizikası üzrə alimi Möhsün Fəxrizadənin öldürülməsinə görə uyğun vaxtda qisas alacaq. 


Şəffaflıq.az “TASS”a istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Həsən Ruhani Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığında bildirib.

“Öldürülənin qanı üçün uyğun vaxtda qisas İran hökumətinin hüququdur”, - “Tasnim” agentliyi iranlı siyasətçinin sözlərini sitat gətirir.

Ruhani, həmçinin qeyd edib ki, əgər qarşı tərəf (söhbət ABŞ və Aİ-dən gedir) nüvə razılaşması çərçivəsində öhdəliklərini yerinə yetirərsə, İran sazişin yerinə yetirilməsinə qayıdacaq.

Qeyd edək ki, noyabrın 27-də nüvə fizikası üzrə alim, İranın Müdafiə Nazirliyinin Araşdırma və İnnovasiya Təşkilatının rəhbəri Möhsün Fəxrizadə Tehranda avtomobilində qətlə yetirilib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}