Binəqədi rayonunda qanunsuz qaz çəkilişi faktları üzə çıxdı

Sosial şəbəkələrdə bloger tərəfindən bir gün öncə yayılan videonun nə dərəcədə həqiqətə uyğun olub-olmadığı araşdırılıb.
Şəffaflıq.az xəbər verir ki, yayılan videoda Binəqədi rayonu, DSK yolu, 10-cu döngə adlanan ərazidə salınan yeni yaşayış massivində sakinlərin bəzilərinin təbii qazdan istifadə etdiyi, bəzilərinin isə istifadə edə bilmədiyi qeyd edilib.
“Azəriqaz” İstehsalat Birliyinin Bakı Regional qazın satışı Departamenti və Bakı Regional qaz istismarı Departamentinin rəhbərləri əraziyə baş çəkiblər. Bloger özü də bir daha real vəziyyətlə tanış olması üçün əraziyə dəvət olunub.
Məlum olub ki, təbii qazdan istifadə edən sakinlər üçün qaz xətlərini “Azəriqaz” İB çəkməyib. Bu saxtakar podratçı şirkətin əməlidir və sayğacların da möhürləri saxtadır. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub. Rəhbər şəxslər vətəndaşlara fərdi qazlaşma aparmaq istədikləri halda işbazlarla ünsiyyət qurmamağı, “ASAN Kommunal” mərkəzlərinə müraciət etməyi tövsiyə ediblər.
Onu da əlavə edək ki, bu ərazidə qanunsuz qaz çəkilişləri ilə bağlı bir neçə dəfə daxil olan məlumatlar araşdırılaraq həmin xətlər ləğv olunub.“Report”

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}