Kür-Araz ovalığında bataqlıqlar artır

 

Müşahidələr göstərir ki, Kür-Araz ovalığında səth sularının düzgün idarə olunmaması bir sıra hallarda bataqlıq, bataqlıq-çəmən və çala-çəmən ekosistemlərinin artmasına şərait yaradır.

Şəffaflıq.az-ın məlumatına görə, bunu AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov deyib.

Onun sözlərinə görə, bunu xüsusilə Mil düzündə yerləşən Ağgöl və onun ətrafında baş verən təbii-antropogen proseslərdə aydın görmək mümkündür.

Əraziyə aid müxtəlif illərdə çəkilmiş kosmik şəkillərin və topoqrafik xəritələrin təhlilindən də məlum olur ki, son 30-35 il ərzində Ağgöl və onun ətrafında formalaşmış bataqlıq və bataqlıq-çəmən kompleksinin sahəsi 2 min hektar artıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}