Ermənistan Müdafiə Nazirliyinin sözçüsü istefa verib

Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Ovannisyan noyabrın 9-da vəzifəsindən istefa verdiyini açıqlayıb.
Şəffaflıq.az xəbər verir ki, o, bu barədə feysbuk səhifəsində məlumat verib.
Mövcud vəziyyətə görə təəssüfləndiyini qeyd edən sabiq sözçü ölkə ictimaiyyətinə açıqladığı bütün xəbərlərin Ermənistan silahlı qüvvələrinin baş qərargahı və “müdafiə ordusu” tərəfindən təqdim edilən məlumatlara əsaslandığını diqqətə çatdırıb.
A.Ovannisyan bundan sonra Ermənistan ordusu naminə elmi fəaliyyətlə məşğul olacağını da bildirib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}