Cəbhədən son xəbər: Laçın dəhlizi və Laçın-Şuşa yolu bağlandı-ermənilərin etirafı

 

Erməni tərəf Laçın dəhlizi istiqamətində döyüşlərin getdiyinə dair məlumat yayıb. 

“Ermənistanla Dağlıq Qarabağı birləşdirən əsas yol (Laçın dəhlizi) hazırda mülki şəxslərin hərəkəti üçün müvəqqəti bağlanıb”.

Şəffaflıq.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan müdafiə nazirliyinin sözçüsü Şuşan Stepanyan özünün tvitter və telegram hesablarından məlumat yayıb. İşğalçı ölkə sözçüsü iddia edir ki, yolun qapadılmasının əsas səbəbi guya Azərbaycanın diversiya qruplarına qarşı əməliyyatların keçirilməsidir.

Bundan əlavə, işğalçı ölkə Şuşa-Laçın yolunun da “mülki əhali üçün” müvəqqəti bağlandığını açıqlayıb. 


Düşmən dolayısı ilə etiraf edir ki, artıq onun üçün həlqə daralır və yeganə yolun Azərbaycan ordusunun nəzarət altına düşməsi ilə işğalçı ordu tam mühasirə vəziyyətinə düşmüş olacaq.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}