Fransada müsəlman düşmənçiliyi futbolda da çatdı

 

Fransanın Milli Birlik Partiyasının vitse-prezidenti Jordan Bardell PSJ-nin futbolçusu Presnel Kimpembenin milli komandadan kənarlaşdırılmasını istəyib.

Şəffaflıq.az-ın məlumatına görə, buna 25 yaşlı müdafiəçinin Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədovun instaqramdakı paylaşımını bəyənməsi səbəb olub.

32 yaşlı döyüşçü Fransa prezidenti Emanuel Makronun müsəlmanlar barədə fikirlərinə sərt reaksiya vermişdi.

Siyasətçi hesab edir ki, bu cür addım atan futbolçuya yığmada yer olmamalıdır.

Qeyd edək ki, PSJ-nin yetirməsi olan Presnel Kimpembe 2018-ci ildən Fransa yığmasının formasını geyinir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}