Tərtərdə bu gün mülki əhalidən həlak olanların sayı 4 nəfərə çatdı

 

Oktyabrın 15-də ermənilər Tərtər rayonu ərazisində yerləşən qəbiristanlığa dəfn mərasimi zamanı top mərmisi atıb.

 Hadisə nəticəsində 3 mülki şəxs - Rüstəmov Vasif Bahadur oğlu (1962), Orucov Pərviz Novruz oğlu (1989), Zamanov Şakir Xasay oğlu (1988) hadisə yerində həlak olub, Məmmədov Füzuli Əli oğlu (1966), Əmirov Nofəl Yelmar oğlu (1968), Əmirov İskəndər Yelmar oğlu (1967), Allahverdiyev Elsevər Vəli oğlu (1979) və Qəzənfərli Rafael Qəzənfər oğlu (1986) isə yaralanıb.

Yaralalanlardan daha biri - Əmirov İskəndər Yelmar oğlu xəstəxanada vəfat edib. 


Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}