217 yeni emoji təqdim olundu - TEZLİKLƏ Smartfonlarda

Unicode Consortium, iOS, Android və digər əməliyyat sistemlərinin növbəti versiyalarında görünəcək 217 yeni emojini təqdim etdi.
Şəffaflıq.az techland.az-a istinadən bildirir ki, əslində, yalnız yeddi yeni emoji var, qalan 210-u isə ürəkli və öpüş emojisi olan cütlük üçün əlavə seçimlərdir.
Bunlar yanan və sarğılı ürək emojisi, saqqallı qadın və cinsi təyin olunmayan saqqallı insan, ah çəkən ifade, bulud içindəki ifadə və heyrətlənmiş / təəccüblənmiş ifadədir.
Əməliyyat sistemlərində yeni emojilər 2021-ci ilin sonu - 2022-ci ilin əvvəlinə istifadəyə veriləcək.шаблоны для dle 11.2


Facebook-da paylaş