Nobel mükafatının məbləği artırıldı

 

Bundan sonra Nobel mükafatına layiq görülənlər 1 milyon İsveç kronu çox qazanacaq. Nobel Fondunun direktorlar şurası məbləği artırmaq qərarına gəlib.


Şəffaflıq.az xəbər verir ki, 2020-ci ildən mükafatçıların hər birinə 10 milyon İsveç kronu veriləcək. Yəni təxminən 1.1 milyon dollar qazanmaqdan danışılır. Buna qədər Nobel mükafatı alan avtomatik milyonçu ola bilmirdi. Nobel Fondunun direktorlar şurasının açıqlamasında son illər qurumun maliyyə dayaqlarının möhkəmləndiyi bildirilir. Buna görə də mükafatın məbləğini artırmaq mümkün olub. 2012-ci ildə fondun büdcəsi 3 milyard İsveç kronu idi. İndi isə rəqəm 4.6 milyard krona çatıb.

Fondun icraçı direktoru Lars Heykensten deyib ki, məbləğin artmasından məmnundurlar: “Fondun ambisiyaları ondan ibarətdir ki, gələcəkdə mükafatın məbləği cəmiyyətdə gəlir artımına uyğun olsun”.

Bu il mükafatlar sahibini oktyabrın 10-da – Alfred Nobelin ölüm günündə tapacaq. Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadənin də qalib olmaq şansı var.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}