Korrupsiya faktına görə Sabirabad məhkəməsinin hakiminə töhmət verildi

 

Bu gün Məhkəmə-Hüquq Şurasının iclası keçirilib.

Şəffaflıq.az məlumatına görə, Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda zəruri sosial davranış və sanitar-epidemioloji qaydalar gözlənilməklə keçirilən iclasda hakimlər barədə intizam icraatlarına da baxılıb.

Şura tərəfindən məhkəmələrdə işlərin bölüşdürülməsinin monitorinqi zamanı aşkar edilmiş pozuntulara görə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin sədri Kəramət Əliyevə irad tutulub, korrupsiyaya şərait yaradan hallara və digər nöqsanlara yol verdiyinə görə Sabirabad Rayon Məhkəməsinin sədri Füzuli Pənahova töhmət verilib. Eyni zamanda, icraatda olan daha 4 hakim barədə intizam işlərinə Şuranın növbəti iclaslarında baxılacaqdır.
шаблоны для dle 11.2


Facebook-da paylaş