Politoloqdan ÇAĞIRIŞ: "Əl çəkin Tofiq Yaqubludan..."

 Tofiq Yaqublunun azadlığa buraxılması Prezident İlham Əliyevin yüksək humanizmi kimi dəyərləndirilməlidir. Prosesin lap əvvəlindən onun məsələyə müdaxilə edəcəyini və ədalətli qərar veriləcəyini gözləyirdim.
Bu sözləri Publika.az-a açıqlamasında Teleqraf Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı Tofiq Yaqublunun bu gün Apellyasiya Məhkəməsində keçirilən prosesdə ev dustaqlığına buraxılması barədə danışarkən deyib.
A.Camalqızı bildirib ki, Prezidentin Qarabağa və Qarabağ uğrunda döyüşən vətəndaşlarımıza həssas münasibəti hamımıza bəllidir:
“Bu baxımdan, Tofiq Yaqublunun Qarabağ uğrunda döyüşlərdə iştirak etməsi faktının nəzərə alınacağına əmin idim. Çox sevindirici haldır ki, artıq bu baş verdi. Amma təəssüf ki, Tofiq Yaqublunun aclıq aksiyası keçirməsindən, onun səhhətində yaranan narahatlıqdan, o cümlədən bu olay ətrafında baş verən proseslərdən öz çirkin məqsədləri üçün sui-istifadə etmək istəyən qüvvələr oldu və var. Onların məqsədləri qorxuludur və istər şəxsi müstəvidə Tofiq Yaqublunun, istərsə də dövlətimizin əleyhinədir. Bu qaragüruh çox istərdi ki, T.Yaqublunun həbsi ev dustaqlığı ilə əvəz olunmasın, o, aclığı davam etdirsin, hətta dünyasını dəyişsin. Bir Qarabağ qazisinin, ictimai fəalın səhhəti, ailəsi onlar üçün heç bir önəm kəsb etmir, onların əsas hədəfi bir fədakarın qanından sui-istifadə etmək, xaricdəki ağalarına xidmət etmək üçün “fakt” toplamaq və mümkün qədər ölkədə narazılığı körükləməkdir. Onlar ölkəmiz ətrafında hazırda baş verən prosesləri, ermənilərin müharibə hazırlığını və diplomatik-hərbi müstəvidə düşmən ölkədə ciddi bir hazırlıq getməsini qətiyyən nəzərə almır və yaxud məhz bu məqamda ölkəmizdə gərginliyin artmasını, dövlətimizin diqqətinin milli və taleyüklü məsələlərdən yayınmasını istəyirlər. Eyni ssenaridir – 90-cı illərin əvvəllərində hakimiyyətə qarşı hansı üsullarla mübarizə aparıb, düşmən qarşısında ölkəni necə gücsüz vəziyyətə saldılarsa, indi də həmin siyasəti həyata keçirirlər. Onlar üçün Vətən, dövlətçilik anlayışı yoxdur”.
Politoloq həmçinin bildirib ki, 2004-cü ildən başlayaraq, MDB məkanında rəngli inqilablar zamanı o inqilabların rənginə bürünən qaragüruh 2011-ci ildə Suriya savaşında da “ölkəyə demokratiyanın ABŞ tankının lüləsində” gəlməsini açıq mətnlə deyirdi:
“Beşinci kolon”un nümayəndələri olduqlarını hər zaman ortaya qoyan, dövlətin deyil, antiazərbaycan qüvvələrinin yanında yer alıb, hər zaman onların tapşırıqlarını icra edən bu qaragüruh Azərbaycanın Suriyaya çevrilməsini arzulayır. Əksəriyyəti xarici ölkədə, kimlərinsə yanında özlərinə yer edib, ölkə daxilində olanlar isə övladlarını xaricə yerləşdiriblər. O bəlli kəsim bu ölkəni Vətən kimi görmür. O şəxslər xarici ölkədə yerləşdirdikləri övladlarının haralardasa ermənilərlə “canbirqəlb” şəkil yaymalarından və yaxud “siyasi debatlarda” ermənilərlə eyni sırada oturub, Azərbaycan nümayəndə heyətinə qarşı mövqe sərgiləmələrindən qətiyyən xəcalət çəkib-eləmədən, öz çirkin siyasətlərini davam etdirirlər”.
ƏTRAFLIVESTEL-OPTIMALA.Camalqızı hətta professor Adil Qeybullanın belə Tofiq Yaqublunun sıhhəti üzərində oyun quranlara qarşı kəskin etirazını da xatırlatıb:
“Tofiq Yaqublunun həkimi Adil Qeybulla da bu qərarı humanist addım kimi qiymətləndirdi və yaranmış vəziyyəti kampaniyaya çevirərək T.Yaqublunun həyatı bahasına öz çirkin niyyətlərini həyata keçirmək istəyənlərin bu anti-insani davranışını pislədi. Bu baxımdan verilən qərarı tam zamanında prosesə müdaxilə kimi qiymətləndirmək lazımdır. Nəhayət, qaragüruh T.Yaqubludan əl çəkməlidir, onun doğmalarına, ailə üzvlərinə qovuşaraq öz səhhəti, sağlamlığının qorunması ilə məşğul olmasına imkan verməlidir”.
A.Camalqızı qeyd edib ki, indiyə qədər Qarabağ qazisinin, jurnalistin, ictimai fəalın, hətta şəhid ailəsinin arxasında gizlənib, onların həyatı, canı üzərində çirkin siyasət yeridənləri hamı tanıyır:
“Bu ölkədə hər kəs dövlətin və bu dövlətin rəhbərinin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qazilərə, şəhid ailələrinə, ayrı-ayrı insanlara münasibətini çox gözəl bilir. Yalnız bir şeyi xatırlatmaq kifayətdir ki, mövqeyindən və illərlə qaragüruh tərəfindən istifadə olunmasından asılı olmayaraq, o jurnalistlərin də, qazilərin də səhhətinin ən kritik məqamında bu dövlət, Prezident İlham Əliyev, Mehriban xanım Əliyeva onlara sahib çıxıb və onların müalicəsini üzərinə götürüb, müalicəsini təşkil etdirib, onları həyata qaytarıb. Tofiq Yaqubluya da sahib çıxan yenə də Prezident İlham Əliyevdir, yenə də Mehriban xanım Əliyevadır və onun səhhəti, müalicəsi də birbaşa onların adına bağlıdır. Tofiq Yaqublunun mülki xəstəxanaya köçürülməsinin də Prezident İlham Əliyevin iradəsi ilə olduğunu yəqin ki, hamı dərk edir. Sabah onun səhhətində bir narahatlıq yarananda, yenə ona dövlət ona arxa duracaq, o qaragüruh deyil.
Bunları bildiyimizə görə bu gün Prezidentin reytinqi xarici şirkətlərin belə keçirdiyi sorğularda 92 faizin üstündədir. Və hesab edirəm ki, indiki məqamda, düşmənin atdığı hazırkı addımlar fonunda da biz diqqətimizi fərqli istiqamətə yönəltməli, Prezident İlham Əliyevə açıq dəstəyimizi hər yerdə nümayiş etdirməli və dövlətimizin milli siyasətinə qarşı gələnləri ifşa etməliyik”.шаблоны для dle 11.2


Facebook-da paylaş