Bakı Apelyasiya Məhkəməsində dəmir qəfəslər ləğv edildi

 

Bakı Apelyasiya Məhkəməsinin iclas zallarında mövcud olan sonuncu dəmir qəfəs sökülüb.

Şəffaflıq.az “Report”-a istinadən xəbər verir ki, bunu vəkil Cavad Cavadov bildirib.

O qeyd edib ki, bütün dəmir qəfəslərin yerinə şüşə kabinlər quraşdırılır.

C.Cavadov deyib ki, Avropa İnsan Hüquqları Məhkəməsi qərarlarında təqsirləndirilən şəxslərin dəmir qəfəslərdə saxlanılmasını Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsinə (insan ləyaqətini alçaldan rəftar) zidd hesab edib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}