Britaniyada koronavirus səbəbindən qaydalar yenidən sərtləşir

 

Britaniya hökuməti koronavirus infeksiyasına yoluxma hallarının artması ilə əlaqədar ölkə sakinlərinin altı nəfərdən çox qrup şəklində toplaşmalarını yenidən qadağan edəcək.


Şəffaflıq.az xarici mediaya istinadən xəbər verir ki, məhdudiyyətlər 14 sentyabrdan etibarən sərtləşdiriləcək.

Hazırda İngiltərədə 30 nəfərdən çox qrup halında toplanmaq qadağandır, əks təqdirdə ilk pozuntuya görə 100 funt, ikinci dəfə isə 3,2 min funt sterlinq cərimə tədbiq edilir. 


Bildirilir ki, dəfn mərasimləri, toylar və müəyyən idman tədbirləri üçün istisnalar ediləcək. Şimali İrlandiya, Uels və Şotlandiya hazırda İngiltərədən daha sərt qaydalar tədbiq edir və bu qaydaları dəyişdirmək yerli hakimiyyət orqanlarına aiddir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}