Milyonçu şousu virusa görə qaydaları dəyişdi


 

Pandemiyaya görə əvvəlki kimi fəaliyyət göstərmək mümkün deyil.

Şəffaflıq.az xəbər verir ki, ingilislər bundan sonra şouda tamaşaçı köməyindən istifadə etməyəcəklər. Pandemiya üzündən zala tamaşaçı buraxmaq onsuz da mümkün deyildi. Buna görə qaydalara əl gəzdirilib. İştirakçı tamaşaçı köməyi əvəzinə “dosta zəng”dən iki dəfə istifadə edəcək.

“Kim milyonçu olmaq istər”in Böyük Britaniya versiyası 1998-ci ildən ekranlara çıxır. Əvvəlcə 1 milyon funt sterlinq qazanmaq istəyən iştirakçılar 15 suala cavab verməli olurdu. 2007-ci ildən sualların sayı 12-yə endirilib. İlk suala cavab verəndə əvvəlki kimi 100 yox, 500 funt sterlinq qazanırsan.

Mayda böyükbritaniyalı Mark Labbett dələduzlar şəbəkəsini aşkarladığını açıqlamışdı. Çoxsaylı viktorinaların iştirakçısı iddia edirdi ki, mübarizə aparanların bəzisi dələduzluğa yol verir. Labbettin müşahidəsinə görə, iştirakçının dostları zalda aparıcının arxa tərəfində əyləşir və suallar zamanı cavablara gözünü qırpmaqla, başını yelləməklə eyham vurur.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}