Azərbaycanlı milyarderin aktivləri dondurula bilər

 Britaniya məhkəməsi azərbaycanlı milyarder Fərhad Əhmədovun aktivlərinin bir hissəsini dondura bilər.
Şəffaflıq.az xəbər verir ki, bu barədə “Deyli Meyl” qəzeti məlumat yayıb. Bildirilib ki, buna səbəb iş adamının keçmiş həyat yoldaşı Tatyana Əhmədovaya məhkəmənin təyin etdiyi məbləği ödəməkdən imtina etməsidir.
Qeyd edək ki, 2016-cı ildə məhkəmə F.Əhmədovun keçmiş həyat yoldaşına sərvətinin 41,5 faizini (450 milyon funt sterlinq) verməsi barədə qərar çıxarıb.Metbuat.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}