Dünya alimlərindən Rusiya peyvəndinə etirazlar gəlməyə davam edir


 

ABŞ, İtaliya və digər ölkələrin təbibləri tərəfindən Rusiyanın koronavirus infeksiyasına qarşı hazırladığı peyvəndə (Sputnik-V) qarşı etirazlar gəlməyə davam edir.

Şəffaflıq.az xarici agentliklərə istinadən xəbər verir ki, onların gəldiyi elmi nəticələr “Lancet” jurnalında dərc olunub.

Əsasən İtaliyadan olan tibb professorları müxtəlif eksperimentlərdən alınan analizlərin şübhəli bənzərliyinə diqqət çəkiblər.

16 həkimdən ibarət bu qrup açıq məktubla bəzi eksperimental dəyərlərin təkrarlanmasının qəribə olduğunu bildirib. “Həmin eksperimentlərdə dəfələrlə təkrar oluanan şablon məlumatlar mövcuddur. Bu məqsədlə ayrı-ayrılıqda hər bir insana xas müvəqqəti nöqtələrdə yaranan dəyişikliklərin birləşdirilməsi olduqca vacibdir”,-deyə sənəddə bildirilir.

Məlum olub ki, Rusiyanın peyvəndlə bağlı apardığı təcrübələrdə 9 könüllünün hamısında 21 gün ərzində anticisimlərin titrləri demək olar ki, eyni gəlib.Yəni burada hər hansı rəqəmlərin eyni gəlməsindən danışılmır. Bu, eyni təcrübədə bir neçə könüllünün iştirakı ilə keçirlən klinik araşdırmalar üçün əslində adi hal sayılır. Burada söhbət müxtəlif eksperimentlərdə eyni göstəricilərin qeydə alınmasından gedir. Üstəlik bununla bağlı qəti nəticəyə gəlmək üçün təqdim olunan məlumat bazası olduqca azdır.

Hələ ki, alimlər rusiyalı həmkarlarını saxtakarlıqda ittiham etməyə tələsmirlər.

Xatırladaq ki, Rusiyanın COVİD-19 əleyhinə peyvənd hazırladığı bu il avqust ayının 11-də şəxsən Vladimr Putinin dilindən səsləndirilib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}