Türkiyədə virusa yoluxanların sayı ARTDI

 Türkiyədə son sutka ərzində 1 642 yeni yoluxma faktı qeydə alınıb.
Şəffaflıq.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.
Nazirin sözlərinə görə, Türkiyədə bu gün 49 nəfər koronavirusdan dünyasını dəyişib. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 6 511, yoluxanlar isə 274 min 943 nəfərə çatıb.
Türkiyədə indiyədək 248 min 087 xəstə sağalaraq evə buraxılıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}