Koronavirusa yoluxanların sayı 26 milyonu ötdü

 

Dünyada bu günə qədər koronavirusa yoluxanların sayı 26 milyonu ötüb.

Şəffaflıq.az xəbər verir ki, hazırda dünya üzrə yoluxanların ümumi sayı 26 milyon 183 min 883 nəfər təşkil edir. Dünyasını dəyişənlərin ümumi sayı 867 min 370 nəfərdir. 18 milyon 447 min 851 pasiyent isə COVID-19-a qalib gəlib.

Yoluxma və ölüm hallarının sayına görə birinci yerdə ABŞ (6 290 737 yoluxma, 189 964 ölüm ) qərarlaşıb.

Koronavirus statistikasına görə ABŞ-dan sonra ilk beşlikdə yer alan ölkələr: Braziliya (4 001 422 yoluxma, 123 899 ölüm), Hindistan (3 853 406 yoluxma, 67 486 ölüm), Rusiya (1 005 000 yoluxma, 17 414 ölüm), Peru (663 437 yoluxma, 29 259 ölüm), Kolumbiya (633,339 yoluxma, 20 348 ölüm).

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}