Avropa koronavirusun ikinci dalğasını məhdudlaşdırmağa səy göstərir

 

Fransada koronavirusa yoluxma tempi praktik olaraq pandemiyanın başladığı mart-aprel aylarından özünün pik göstəricisinə çatıb: cümə günü təqribən 7400 yeni yoluxma halı aşkarlanıb. Ölkənin hakimiyyət orqanları yeni karantinin tətbiq edilməməsindən ötrü maska taxılması və sosial məsafə saxlama kimi ciddi tədbirlərə riayət olunmasına israr edirlər.

Şəffaflıq.az “Euronews”a istinadla bu barədə xəbər verir.

Rumıniyada hökumət yenidən bar və restoranların açılmasına icazə verib. Lakin bu, koronavirusla bağlı vəziyyətin nisbətən sabit – hər 1000 sakinə düşən yoluxanların sayı orta hesabla 1,5-dən yuxarı olmadığı rayonlarda mümkündür. Yekun qərarı yerli hakimiyyət orqanları qəbul edir.

Ukraynada isə yoluxma və ölüm hallarının sayı artmaqda davam edir, yeni antirekordlar müəyyən olunur. Cümə günü hakimiyyət orqanları əcnəbilər üçün ölkəyə girişi bir ay müddətinə məhdudlaşdırıblar.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}