Trampın qorxunc proqnozu doğrulur: ABŞ-da koronavirusdan 300 min insanın öləcəyi gözlənilir


 

Koronavirus ABŞ-ın yaxasından möhkəm yapışıb. İndi alimlər payıza qədər qurbanlaırn sayının əhəmiyyətli dərəcədə artacağı barədə danışırlar.

Almaniyanın “Der Spiegel” qəzetinin yazıdğına görə, Sietl şəhərində yerləşən Vaşinqton universitetinin Sağlamlığın ölçülməsi və qiymətləndirilməsi institutunun eksperlətrinin hesablamalarına əsasən yaxın aylarda ölkədə bədnam virusdan ölənlərin sayı kəskin şəkildə artacaq.

Onların tərtib etdiyi modelə görə, artıq bu ilin dekabrına qədər ABŞ-da 300 minə yaxın adamın koronavirusdan vəfat edəcəyi gözlənilir. Bu hazırkı ana qədər məlum olan statistikadan 140 min çoxdur.

Doğrudur, əgər insanlar ictimai yerlərdə maska taxmağa davam etsələr, o zaman dekabr ayının 1-nə bu rəqəmi 228 minə qədər düşürmək mümkündür.

Institutun direktoru Kristofer Mürrey insanların ən çox ehtiyatsızlıq səbəbindən koronavirusa təslim olduğunu bilirir. Onun bildirdiyinə əsasən, hər hansı bölgədə yoluxma və ya ölüm sayı azalan kimi vətəndaşlar dərhal bəlanın keçdiyini düşünərək əvvəlki həyatlarına geri qaytmaq istəyirlər. Bu isə ölümcül xəstəliyin burulğan kimi yenidən qayıtmasına səbəb verir.

Hazırda ABŞ-da təqribən 5 milyon təsdiq olunmuş yoluxma halı qeydə alınıb. Ölkənin cənub və qərb ştatlarında hər gün 60 minə yaxın insanın xəstələnməsi xəbəri gəlir. Koronavirusun yüksələn statistikası isə ölkənin səhiyyə sisteminin həddən artıq yüklənməsinə, paytaxtda əsl siyasi psixoloji müharibənin yaranmasına gətirib çıxarıb. İndi iş yerlərinin itirən milyonlarla insan dövlət yardımından asılı vəziyyətə düşüb.

“Lakin buna qarşı mübarizədə aramızda birlik ypxdur. Doğrudur, hər iki partiya bir nəticəyə gəlmək üçün çalışır. Bu yaxşı xəbərdir. Pis xəbər ondan ibarətdir ki, indinin özündə belə bizlər bir-birimzdən bu qədər uzaq dayanmışıq”,-deyə hakiim Respublikaçılar partiyasının Senatdakı fraksiyasının rəhbəri Mitç Makkonel etiraf edib.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}