AZƏRBAYCANDA DAHA 8 NƏFƏR KORONAVİRUSDAN DÜNYASINI DƏYİŞDİ - Bu günkü statistika

 

Azərbaycanda COVID-19-a daha 520 yeni yoluxma qeydə alınıb, 486 nəfər sağalıb, 8 nəfər vəfat edib. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd edilir ki, son gün ərzində ölkədə koronavirusa 520 yeni yoluxma qeydə alınıb.

Azərbaycanda bu günə kimi ümumilikdə 24 041 nəfər koronavirus infeksiyasına yoluxub.

Məlumata görə, onlardan 15 093 nəfər müalicə olunaraq sağalıb, 306 nəfər vəfat edib. Hazırda 8 642 nəfərin müalicəsi davam etdirilir.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}