Dünyada koronavirusa yoluxanların sayı 12.7 milyonu keçdi

 

Dunyada koronavirusa yoluxma və bu virusdan ölüm halları artmaqda davam edir. Son günlərdə yoluxma tempi xeyli sürətlənib. Belə ki, 3 günərzində dünyada 700 mindən çox insan koronavirusa yoluxub. 

Şəffaflıq.az xəbər verir ki, hazırda dünyada koronavirusa yoluxanların ümumi sayı 12 milyon 735 min 233 nəfərdir. Bu virusdan ölənlər isə 565 min 49 nəfərə çatıb.

Bu saata olan məlumata görə dünyada ümumilikdə 7 milyon 435 min 572 nəfər koronavirusdan müalicə alaraq sağalıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}