Dünyada koronavirusdan ölənlərin sayı 500 mini keçdi

 

Son sutkada dünyada 176 min 568 nəfər koronavirusa yoluxub.

Şəffaflıq.az xarici mənbələrə istinadən bildirir ki, artıq dünyada koronavirusa yoluxanların ümumi sayı 10 milyonu geridə qoyub.


Belə ki, bu saata görə dünyada 10 milyon 87 min 320 nəfər koronavirusa yoluxan, 501 min 419 nəfər isə bu virusdan dünyasını dəyişən var.

Bu zamana qədər 5 milyon 466 min 185 nəfər koronavirusdan müalicə alaraq, sağalıb. Hazırda koronavirusdan müalicə alan 57 min 821 nəfərin vəziyyəti ağırdır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}