Putin: “COVID-19 pandemiyası təhlükəsinə layiqincə cavab verdik”

 

Rusiya yeni növ koronavirus (COVID-19) pandemiyası təhlükəsinə layiqincə cavab verib.


Şəffaflıq.az məlumat verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

O, bunun vahid yanaşma sayəsində mümkün olduğunu söyləyib.


“Biz həqiqətən də ictimaiyyətin, səhiyyə sisteminin və milli iqtisadiyyatın həyati vacib sahələrinin vahid yanaşması sayəsində koronavirus epidemiyası təhlükəsinə layiqincə cavab verdik. Təkrar edirəm, ona görə belə cavab verə bildik ki, biz həlledici səviyyədə öz texnoloji və sənaye bazamıza güvənməyi bacardıq", - deyə Putin koronavirus epidemiyasının iqtisadiyyatın müxtəlif sahələrinə vurduğu ziyanla bağlı keçirdiyi müşavirədə vurğulayıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}