Bütün sakinlərin koronavirus testindən keçirildiyi şəhərdə uzun növbələr yarandı - FOTO

 Çində COVID-19 virusunun ilk dəfə aşkarlandığı və ən çox yayıldığı Uhan şəhərində bütün əhalinin nuklein turşu testindən keçirilməsinə başlanılıb.
“HaberGlobal” xəbər verir ki, 11 milyon əhalisi olan şəhərdə səhər saatlarından başlayaraq  koronavirus testindən keçmək istəyən sakinlərin uzun növbəsi yaranıb.
Tibbi müəssisələrdən başqa, şəhərin müxtəlif yerlərində xeyli sayda müvəqqəti test məntəqələri fəaliyyət göstərir.
Sheffafliq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}