Bu şəxslər Ali Məhkəməyə hakim — TƏYİN OLUNACAQLAR

 


Milli Məclisin mayın 5-də keçiriləcək növbəti plenar iclasında “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” məsələ müzakirə olunacaq.

Şəffaflıq.az bildirir ki, bu məsələ Milli Məclisin Hüquq siaysət və dövlət quruculuğu komitəsinin iclasında müzakirə olunaraq plenar iclasa tövsiyyə olunub.

Müzakirlər zamanı bildirilib ki, son bir il ərzində Ali Məhkəmədə 9 hakimin səlahiyyət müddəti başa çatdığından   vakansiya yaranıb. Məhkəmənin  fəaliyyətinin normal bərpası  və günün tələblərinə cavab verməsi məqsədi ilə bu ştatların komplektləşdirilməsi zəruridir.  Ali Məhkəmədə yeni hakim yerlərinə “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” layihəyə əsasən, Bakı Apelyasiya Məhkəməsinin hakimləri Kəmalə Abiyevanın, Zaur Əliyevin, Vüqar Həsənovun, Abidin Hüseynovun, İsmayıl Xəlilovun, Elşad Şamayevin, Şirvan Apelyasiya Məhkəməsi sədrinin müavini Ələsgər Novruzovun, Gəncə Apelyasiya Məhkəməsinin hakimi İspəndiyar Şəfiyevin, Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi Aqil Abbasovun, Çingiz Əsgərovun, Bəhman Qəribovun və Bəhram Məmmədlinin Ali Məhkəmənin hakimləri təyin olunması təklif edilir.

Komitədə bu məsələ müzakirə olundu və plenar iclas tövsiyyə olundu. Məsələ Milli Məclisin sabah keçiriləcək iclasına müzakirə olunacaq.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}