Kanadada koronavirusa yoluxanların sayı 45 mini ötüb

 

Kanadada sutka ərzində koronavirusa yoluxanların sayı 1466 nəfər artaraq 45 354 nəfərə çatıb. İndiyədək bu xəstəlikdən ölənlərin sayı 2468 nəfərdir.

Şəffaflıq.az-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi xəbər verib.

Ölkədə yoluxanların sayının artım tempi yavaşlayıb, aprelin 26-da 1 778 nəfər koronavirusa yoluxub. Ən çox yoluxma halları Kvebek (23,267), Ontario (13,995) və Alberta (4,233) əyalətlərində aşkar edilib.

Koronavirusa yoluxma ilə bağlı testdən 684,2 min nəfər keçib, daha əvvəl xəstələnənlərin 16,4 min nəfəri sağalıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}