Şamaxıya 3 təcili tibbi yardım maşını, 1 ədəd isə ən yeni model reanimobil gətirilib.-FOTOLAR

Şamaxıya 3 təcili tibbi yardım maşını, 1 ədəd isə ən yeni model reanimobil gətirilib
Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Şamaxı rayonunda dezinfeksiya tədbirlərinin həyata keçirilməsi ilə yanaşı səhiyyə sisteminin maddi-texniki bazası möhkəmləndirilir.
Şəffaflıq.az xəbər verir  ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Şamaxı rayonunda xidmət infrastrukturunun texniki təminatının gücləndirilməsi haqqında” 2019-cu il 28 noyabr tarixli Sərəncamının icrası çərçivəsində Şamaxıya Türkiyə istehsalı olan yeni, müasir standartlara cavab verən 3 təcili tibbi yardım maşını, 1 ədəd isə Almaniya istehsalı olan ən yeni model reanimobil gətirilib.
Rayon mərkəzi xəstəxanasının şöbə müdiri Elxan Məmmədov bildirib ki, rayonda yeni tip koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə rayonun bütün yaşayış məntəqələrində genişmiqyaslı işlər həyata keçirilməkdə davam edir, virusun yayılmasına qarşı tibbi-prafilaktiki işlər görülür. O bildirib ki, rayonda aparılan işlərə ən böyük dəstək məhz yenə də ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən oldu. Əvvəllər Şamaxıda 2 təcili yardım maşını var idi ki, indiki vəziyyətdə onlar koronavirusa görə aparılmış testlərin laboratoriyalara çatdırılması ilə məşğuldur. Bu yeni maşınlar isə əhalinin tələbatının qarşılanması, xəstələrə vaxtında ilkin yardım göstərilərək onların xəstəxanaya çatdırılmasında vacib rol oynayacaqdır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}