Sabunçuda avtomobil 60 yaşlı qadını vuraraq öldürüb


Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Şəffaflıq.az xəbər verir ki, Elmur Bəhram oğlu Bəhramzadə idarə etdiyi "Mercedes E-Class" markalı avtomobillə "Sabunçu bazarı" istiqamətində 40-50 km/saat sürətlə hərəkətdə olan zaman yolu keçən 1966-cı il təvəllüdlü Leyli Salam qızı Hüseynovanı vurub.

Piyada xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}