Salvador sahillərində güclü zəlzələ baş verib
Salvador sahillərində 5,5 maqnitudalı zəlzələ qeydə alınıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. Zəlzələnin episentri Çirilagua şəhərindən 69 kilometr cənub-qərbdə, ocağı isə 56 kilometr dərinlikdə olub. Hadisə nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.
Xəbəri paylaş
Facebook-da paylaş








