Masazırda 33 yaşlı şəxsi qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb


Abşeron rayonunda baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.

Şəffaflıq.az-ın məlumatına görə, qətlə yetirilən 33 yaşlı Sahil Nuriyevin qardaşı tatu ustasıdır.

İddialara əsasən, mərhumun qardaşı şəxsiyyəti hələ məlum olmayan bir nəfərə tatu vurub. Lakin xidmətin ödənişi ilə bağlı tərəflər arasında mübahisə yaranıb.

Sonradan mübahisəyə qoşulan Sahil Nuriyev tanımadığı şəxs tərəfindən kürəyindən bıçaqlanıb və ağır vəziyyətdə Abşeron Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin dəqiq səbəbləri və digər təfərrüatlar araşdırılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}