Rusiya Zaporojyeyə zərbə endirib, beş nəfər həlak olub
Rusiya ordusunun Zaporojyeyə endirdiyi zərbə nəticəsində beş nəfər həlak olub, 20 nəfər xəsarət alıb. Şəffaflıq.az xəbər verir ki, müvafiq məlumatı Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov öz "Telegram" kanalında yayıb. Onun məlumatına əsasən, Rusiya ordusu şəhərin sənaye obyektlərinə və infrastruktur qurğularına zərbələr endirib. Bildirilib ki, hücum nəticəsində bir sıra tikililər zədələnib. Tibb işçiləri bütün zərərçəkənləri tam həcmdə zəruri yardımla təmin edirlər.
Xəbəri paylaş
Facebook-da paylaş








