Çinin şimalında iki zəlzələ baş verib


Çinin şimalında, Çinxay vilayətində 5,8 və 5,6 maqnitudalı iki zəlzələ baş verib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, birinci zəlzələnin episentri təxminən 1,6 milyon insanın yaşadığı Sinin şəhərindən 242 km cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub.

İkinci zəlzələnin episentri isə həmin şəhərdən 249 km cənub-qərbdə yerləşib, ocağın dərinliyi 15 km təşkil edib. Zərərçəkənlər və dağıntılar barədə hələlik məlumat daxil olmayıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}