Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Çinin şimalında iki zəlzələ baş verib
Çinin şimalında iki zəlzələ baş veribBu gün, 10:33 |
|
Çinin şimalında, Çinxay vilayətində 5,8 və 5,6 maqnitudalı iki zəlzələ baş verib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Qeyd olunub ki, birinci zəlzələnin episentri təxminən 1,6 milyon insanın yaşadığı Sinin şəhərindən 242 km cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub. İkinci zəlzələnin episentri isə həmin şəhərdən 249 km cənub-qərbdə yerləşib, ocağın dərinliyi 15 km təşkil edib. Zərərçəkənlər və dağıntılar barədə hələlik məlumat daxil olmayıb. Geri qayıt |