Konstitusiya Məhkəməsi Palatasının iclasında Baş Prokurorluğun sorğusuna baxılıb
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib. Bu barədə Konstitusiya Məhkəməsindən məlumat verilib. Bildirilib ki, iclasda Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 7.1-ci maddəsinə əsasən, Cinayət Məcəlləsinin 192.1-ci maddəsinin şərh edilməsinə dair Baş Prokurorluğun sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib. Sorğuya mahiyyəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun sentyabrın 3-nə təyin olunmuş iclasında baxılacaq. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş








