Bakıda 24 yaşlı gənc dənizdə boğulub
Bakıda 24 yaşlı gənc dənizdə boğulub. Şəffaflıq.az xəbər verir ki, hadisə Sahil qəsəbəsində qeydə alınıb. Belə ki, Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Elcan Mirzə oğlu Mirzəyev dənizdə boğulub. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırmalar aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş








