Tanınmış aktyorun avtomobilini görün nə hala saldılar: “Uşağı həkimə aparırdım, gördüm ki...” - VİDEO

"Səhər uşağı həkimə aparırdım. Maşına yaxınlaşandan sonra bu mənzərəni gördüm. Avtomobilin şüşəsini qırıblar, alt tərəfi ümumiyyətlə yoxdur".
Şəffaflıq.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elnur Kərimov sosial şəbəkədə paylaşıb. Avtomobilinin şüşələri daşla sındırılaraq yararsız hala gətirilən aktyor başına gələnləri belə ifadə edib:
"Maşında onsuz da heç nə yox idi, amma yararsız hala salınması insanlıqdan kənar hərəkətdir. Həyətdə 24 saat nəzarətçi var, deyir, heç nə görməmişəm".
Zərərçəkən aktyor aidiyyəti orqanları hadisəni araşdırmağa və dələduzları tapmağa səsləyib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}