Rusiya FTX Ust-Luqa limanında terror aktının qarşısını alıb
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Leninqrad vilayətinin Ust-Luqa limanında Belçikadan gələn qaz tankerində terror aktının qarşısını alıblar. Şəffaflıq.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzindən bildirilib. Vurğulanıb ki, minalanmış "Arrhenius" gəmisi Belçikadan mayın 20-də gəlib çatıb və Ust-Luqada dayandıqdan sonra Türkiyənin Samsun limanına yola düşməli idi. Tankerin sualtı hissəsinin yoxlanılması zamanı partlayıcı qurğular aşkar edilib. Müstəntiqlər hesab edir ki, onlar NATO ölkələrindən birində sənaye istehsalı məmulatlarından istifadə edilməklə hazırlanıb. Hər bir qurğudakı plastik partlayıcı maddənin kütləsi təxminən 7 kq olub.
Facebook-da paylaş








