Belqradda tramvay relsdən çıxaraq binaya çırpılıb, 10 nəfər xəsarət alıb
Belqradın (Serbiya) mərkəzində tramvay relsdən çıxaraq binaya çırpılıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Serbiyanın RTS kanalı məlumat yayıb. İlkin məlumatlara görə, azı 10 nəfər xəsarət alıb. Hadisə yerinə dörd təcili tibbi yardım maşını cəlb edilib. Bidirilib ki, insidentlə bağlı araşdırma aparılır, qəzanın baş verdiyi ərazidə nəqliyyatın hərəkəti iflic olub.
Xəbəri paylaş
Facebook-da paylaş








