Misli Premyer Liqasında XXXIII turun daha bir oyunu keçirilib.
Misli Premyer Liqasında XXXIII turun daha bir oyunu keçirilib. Şəffaflıq.az-ın məlumatına görə, günün ikinci matçında "Araz-Naxçıvan" "Zirə" ilə üz-üzə gəlib. "SOCAR Polymer Arena"dakı qarşılaşma Naxçıvan klubunun qələbəsi ilə yekunlaşıb - 3:2. Meydan sahiblərinin heyətində 15-ci dəqiqədə Patrik Andrade, 32-ci dəqiqədə Felipe Santos, 73-cü dəqiqədə Ramon Maçado fərqlənib. Qonaqlardan 69-cu dəqiqədə Ruan Renato, 82-ci dəqiqədə Martins Junior adını tabloya yazdırıb. Xallarının sayını 46-ya çatdıran "Araz-Naxçıvan" mövsümü altıncı pillədə başa vurub. "Zirə" isə 53 xalla beşinci olub. Günün ilk görüşündə "Neftçi" "Kəpəz"i minimal hesabla üstələyib - 1:0. Xatırladaq ki, Azərbaycan Premyer Liqasında mövsümə mayın mayın 24-də, "İmişli" - "Karvan-Yevlax" oyunu ilə yekun vurulacaq. Daha əvvəl sonuncu turda "Qəbələ" "Şamaxı"nı (3:1), "Sabah" "Turan Tovuz"u (2:1), "Qarabağ" "Sumqayıt"ı (4:3) məğlub edib.
Facebook-da paylaş








