Rusiyada Ermənistan istehsalı olan "Cermux" suyunun satışı qadağan edilib
"İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidmətinin ("Rospotrebnadzor") tapşırığı ilə "Çestnıy znak" dövlət markalama sistemi Ermənistandan idxal olunan təxminən 37 milyon şüşə "Cermux" mineral suyunun satışını bloklayıb. Şəffaflıq.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, bu barədə Perspektiv Texnologiyaların İnkişafı Mərkəzinin ("Çestnıy znak" sisteminin operatoru) mətbuat xidmətindən bildirilib. "Rospotrebnadzor"un tapşırığı ilə "Çestnıy znak" dövlət markalama sisteminin operatoru "Cermux" suyunun satışını dayandırıb. Bu qərar 0,33, 0,5, 1 və 1,5 litrlik PET və şüşə qablarda istehsal olunan 37 milyon ədəd mineral, təbii, müalicəvi-süfrə və qazlı su məhsuluna şamil edilib", - məlumatda qeyd olunub.
Facebook-da paylaş








