Sumqayıtda şadlıq sarayı yandı - FOTO

 

Sumqayıt şəhərinin 17-ci mikrorayonunda yerləşən "Gold Palace" şadlıq sarayında yanğın qeydə alınıb.  

Yanğın şadlıq sarayının çardağında tüstü təmizləyici kömür qurğusunda başlayıb.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin 3 texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın dərhal söndürülərək şadlıq sarayının dam örtüyünə və digər sahələrinə yayılmasının qarşısı alınıb. Xəsarət alan olmayıb.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}