ADY: Bakı-Qəbələ-Bakı qatarının hərəkəti ikitərəfli qaydada təşkil olunacaq
Yay mövsümünə keçidlə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə səfərlər 6 iyundan etibarən şənbə və bazar günləri ikitərəfli qaydada təşkil olunacaq. Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) məlumat verilib. Bildirilib ki, həmin günlərdə qatarlar həm Bakıdan Qəbələyə, həm də əks istiqamətdə hərəkət edəcək. Sərnişinlər səfər biletini ADY-nin saytından, "ADY Mobile" tətbiqindən və ya dəmiryol kassalarından ala bilər. Xatırladaq ki, Bakıdan Qəbələyə gedən reys hər gün səhər saat 07:30-da yola düşür və saat 11:02-də Qəbələyə çatır. Qəbələdən Bakıya qayıdan reys isə 19:00-da hərəkət edir və saat 22:27-də paytaxta çatır. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş








