Biləsuvarda yeni park salınıb
"Şəhərsalma və Memarlıq İli" çərçivəsində Biləsuvar şəhərində yeni park salınıb. Şəffaflıq.az-ın məlumatına görə, 2026-cı il "Şəhərsalma və Memarlıq İli" çərçivəsində şəhərin Heydər Əliyev küçəsində yerləşən çoxmərtəbəli yaşayış binalarının yaxınlığında yeni məhəllədaxili park yaradılıb. İlkin mərhələdə parkda çox sayda həmişəyaşıl ağacları əkilib. Əhalinin istirahətini təmin etmək məqsədilə salınan yeni parkın yaxınlığında yerləşən binaların ətrafı da bu ekoloji layihə çərçivəsində abadlaşdırılır.
Xəbəri paylaş
Facebook-da paylaş








