Səfir Xəzəryanı ölkələrin sammitinin tarixini açıqlayıb


İran avqustun 12-də Xəzəryanı ölkələrin sammitinə ev sahibliyi etməyə ümid edir.

Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, bunu İranın Qazaxıstandakı səfiri Əli Əkbər Cokar Astanada keçirilən regional ekoloji sammitdə çıxışı zamanı bildirib.

Diplomat regionda vəziyyətin gərginləşməsinə baxmayaraq, İran tərəfinin bu tədbirə ev sahibliyi edə biləcəyinə ümidvar olduğunu bildirib.

"Məmnuniyyətlə bildirirəm ki, İran İslam Respublikası 2026-cı ilin avqustunda Xəzəryanı dövlətlərin yeddinci sammitinə ev sahibliyi edəcək. Ümid edirik ki, Beynəlxalq Xəzər Dənizi Günündə (12 avqust - red.) və eyni zamanda Tehran Konvensiyasının qüvvəyə minməsinin 20-ci ildönümündə Xəzəryanı dövlətlərin prezidentlərini Tehranda qəbul etmək şərəfinə nail olacağıq", - o qeyd edib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}