"Milli Məclisin kresloları istirahət üçün yaxşıdır" - DEPUTAT ERKİN QƏDİRLİ

 

"Deputatlar oturduqları yerləri seçmirlər, yerləri Katibliyin ümumi şöbəsi təyin edir. Orada hər kəsin yalnız özünə aid elektron səsvermə kartı yerləşdirilir (kartı çıxarmaq olmaz). Axırıncı sırada otururam (məktəb illərimdən axırda oturmağı xoşlayıram). Yanımda Razi Nurillayev oturur".

Şəffaflıq.az-ın xəbərinə görə, bunu Milli Məclisin ReAl-çı deputatı Erkin Qədirli bildirib.

O, Milli Məclisdəki kreslolarla bağlı fikirlərini də bildirib:

"Həddindən artıq rahatdırlar. Heç uçaqların biznes-klassında belələri olmur. İrəli-geri, yuxarı-aşağı yönlərdə dəyişə bilirlər (elektron düymələri var). O kreslolar işləmək üçün yox, istirahət üçün yaxşıdır".

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}