Pirallahıda piyada keçidindən keçən 58 yaşlı kişini avtomobil vuraraq öldürüb


Pirallahıda 58 yaşlı kişini avtomobil vuraraq öldürüb.

Şəffaflıq.az xəbər verir ki, Pirallahı-Qala yolunun Dübəndi bağ massivində 1988-ci il təvəllüdlü Umudov İntizar Lətif oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobil piyada keçidindən yolu keçən 1968-ci il təvəllüdlü Salmanov Alətdin Əbdül oğlunu vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}