Alxas Məmmədovun arzuları

 

Şamaxı rayonunun girişində belə bir mənzərənin olması bir anlıq insanın ürəyini açır. Qarşıdan Novruz bayramı gəlir.

Hörmətli Azərbaycan xalqı, hörmətli Şamaxılılar, bayramınızı təbrik edirəm.

Xəyallarımda sevinsəm də rayonumuzun bəzi məsələlərini dilə gətirib, aidiyyəti orqanlardan xahiş etmək istəyərdim.

1. Şamaxı rayonunda əmək yarmarkası açılsın.

2. Bayramla əlaqədar 1-2 yerdə kənd təsərrüfatı məhsullarının yarmarkası açılsın.

3. Şəhidlər Xiyabanında itkin düşmüş şəhidlərin şəkilləri bərpa olunsun.

4. Yaşayış binalarının bloklarında girişlər dəmir qapılarla təmin olunsun və zirzəmiləri təmizlənsin.

5. Şamaxıya yeni gətirilmiş avtobuslar xəttə buraxılsın.

6. Küçələrə əsasən şəhidlərin adları verilsin.

7. Əhalinin su, qaz, işıq və sayr kimi kommunal problemləri həll edilsin.

P.S. Göründüyü kimi əməkdaşımız Alxas müəllim özünün şəxsi həyat tərzi üçün deyil, xalqımız üçün o cümlədən doğma Şamaxılılar üçün istəklərini dilə gətirib. Bu insanda mənəvi keyfiyyətlər baxımından təqdirəlayiq xüsusiyyətdir. Sizə minnətdarıq Alxas müəllim.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}