“O aksiyaya görə hər kəsdən üzr istəyirəm” – Afaq Bəşirqızı

 

“Mən 8 mart 2020-ci il tarixində keçirilən bu aksiyanı (Bakının mərkəzindəki qadınların aksiyasını nəzərdə tutur) öncə analar günündə bir ay müddətində dörd şəhid vermiş Azərbaycanda günahsız tökülən qanlara, təcavüzə, azğın müharibəyə qarşı bildim”.

Bunu Xalq artisti Afaq Bəşirqızı deyib.

“Lakin aksiyanı görəndə, izləyəndə çox utandım. Oradakı gənc qızlar müraciətlərini oxuyanda belə başa düşdüm ki, İstanbul Konvensiyasını Azərbaycanda da ratifikasiya etdirmək istəyirlər. Onda elə çıxır ki, əllərindəki şüarları da həmin konvensiyaya əlavə etdirmək istəyirlər?! Bu, çox utandırıcıdır. Buna görə şəxsən mən qadın adını müqəddəs bilən, uca tutan, dünənki əziz gündə öz ana-bacılarını, sevgililərini, ömür-gün yoldaşlarını təbrik edən bütün ata və qardaşlarımdan, oğullarımdan, ümumiyyətlə, həmin görüntülərə baxan bütün həmyerlilərimdən dönə-dönə üzr istəyirəm” – A.Bəşirqızı deyib.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}